Yevlaxda baş verən yol qəzasında bir nəfər ölüb

14:27 23 Fevral 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 14:24 ]


 

Bakı. Fuad Cəfərov – APA. Yevlax rayonunda ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN ) saytına istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu ərazisində yük avtomobili ilə “Toyota” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilində olan sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR