ABŞ-da qanlı olay: 3 ölü, 1 yaralı

ABŞ-da qanlı olay: 3 ölü, 1 yaralı
01:14 3 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Kaliforniya ştatının Modesto şəhərində yaşayış evində atışma törədilib. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

 

Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları mənzildə üzərində güllə yaraları olan 2 kişi və bir qadın cəsədi aşkarlayıblar. Güllə yarası almış daha bir qadın kritik vəziyyətdə xəstəxanaya aparılıb.   

 

İlkin araşdırma zamanı məluma olub ki, ölən kişilərdən biri digərlərini güllələyib, sonra isə özünə atəş açaraq intihar edib.  

 

İnsidentin səbəbi və ölən şəxslərin kimliyi açıqlanmır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR