Əcnəbilərin Rusiya ordusunda xidmət qaydaları müəyyənləşdi

04:14 3 Yanvar 2015
73 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin  xarici vətəndaşların Rusiya ordusunda müqavilə əsasında hərbi xidmət keçməsinin qaydalarını müəyyən edən fərman imzalayıb.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, xarici vətəndaş olan hərbi qulluqçular hərbi vəziyyət və silahlı münaqişələr şəraitində vəzifələrini beynəlxalq hüququn  qəbul edilmiş prinsipləri və normalarına, Rusiyanın beynəlxalq müqavilələrinə və Rusiya qanunvericiliyinə uyğun olaraq icra edirlər.    

 

Barəsində istintaq tədbirləri və ya məhkəmə prosesi həyata keçirilən, həmçinin üzərində həbs cəzasının çəkilməmiş hissəsi olan və ya azadlıqdan məhrum edilməklə cəza çəkən xarici vətəndaşlarla müqavilə bağlana bilməz.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR