Azərbaycanlı yazıçının hekayələri Vilnüsdə nəşr edilib

Azərbaycanlı yazıçının hekayələri Vilnüsdə nəşr edilib
04:26 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin üç hekayəsi Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə Vilnüsdə işıq üzü görüb.

Ədibin “Oyun” adlı hekayəsi Litva Yazıçılar Birliyinin “Ədəbiyyat və İncəsənət” (“Literatura ir Menas”) həftəlik jurnalında, “İlk öpüş” və “Qumru quşu” adlı hekayələri isə “Şimal Afinası“ (“Siaures Atenai”) qəzetində dərc edilib.

Məlumata görə, E.Hüseynbəylinin əsərlərini orijinaldan Litva dilinə tanınmış ictimai xadim və diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə ediblər.

Bu, Litva ədəbi ictimaiyyətinin E.Hüseynbəyli yaradıcılığı ilə ilk tanışlığı deyil. Bundan əvvəl ədibin “Nənəm, babam və kommunizm”, “Sular günəşə nəğmə oxuyanda”, “Məzar gəlini” və “Gözünə gün düşür” hekayələri də litvalı oxuculara təqdim olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR