Sarayda seks qalmaqalı

Sarayda seks qalmaqalı
05:16 3 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə kraliçası II Yelizavetanın oğlu şahzadə Endryunun yetişkin olmayan qızla intim münasibətə girdiyi iddia olundu. ANS PRESS-in məlumatına görə, ABŞ Florida əyalətində davam edən məhkəmə prosesində bir qadın 1999 – 2002-ci illər arasında 17 yaşında ikən amerikalı biznesmen Ceffri Epşteyn tərəfindən şahzadə Endryu və bəzi kişilərlə intim münasibətə məcbur edildiyini iddia edib. Məhkəməyə təqdim olunan sənədlərdə və iddiada qadının Londonda, Nyu Yorkda və Karib ölkəsində şahzadə Endryu ilə intim münasibətə məcbur edildiyi qeyd edilib.

Kraliçanın rəsmi iqamətgahı olan Bukinqam sarayı şahzadə Endryu barədə meydana çıxan iddiaları təkzib edib, davam edən hüquqi proses barədə açıqlama vermək istəməyib.

“Bu hadisə ABŞ-da uzun müddət əvvəl gündəmə gələn və hələ də davam edən hüquqi proseslə əlaqədardır və York hersoqu bu prosesdə tərəf deyil. Bu səbəbdən də məhkəmənin detalları barədə şərh verə bilmirik. Amma şübhələrin yox olması üçün az yaşlı şəxslərlə uyğunsuz münasibətlərə girildiyi iddialarının doğru olmadığını deməliyik” – deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, 2008-ci ildə amerikalı biznesmen və bankir Ceffri Epşteyn kiçik yaşlı qızları fahişəliyə məcbur etdiyi iddiaları ilə 18 ay həbs cəzasına məhkum olunmuşdu. Şahzadə Endryu həbsdən çıxdıqdan sonra Epşteyn ilə görüşmüş, birlikdə çəkilən fotoları mətbuatda yayılmışdı. 54 yaşlı hersoq 2011-ci ildə Epşteyn ilə olan dostluğuna görə üzr istəmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR