Sabirabadda 4 otaqlı ev, paytaxtda "VAZ" markalı avtomobil yanıb

Sabirabadda 4 otaqlı ev, paytaxtda "VAZ" markalı avtomobil yanıb
06:04 3 Yanvar 2015
77 Dünya
Ölkə mətbuatı
A- A+

Sabirabadda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şəhriyar kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaq və 1 aynabənddən ibarət kürsülü evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisə gecə saatlarında Bakıda qeydə alınıb.  Paytaxtın Binəqədi rayonunda sahibi məlum olmayan VAZ markalı minik avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR