Türkiyə tarixində ilk

06:41 3 Yanvar 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ilk dəfə hökumətin dəstəyi ilə xristian məbədi olan kilsə tikiləcək. ANS PRESS-in məlumatına görə, bu barədə qərar baş nazir Əhməd Davudoğlunun ölkədəki qeyri-müsəlman etniklərin liderləri ilə keçirdiyi görüşdə qəbul olunub.

Baş nazirin İstanbul “Dolmabaxça” sarayındakı ofisində baş tutan görüşdə Davudoğlu qonaqlarının problemlərini dinləyib.

Dini liderlər razılıqlarını bildirərək son 10 ildə ölkədə başqa dinin mənsublarına baxışın dəyişdiyini qeyd ediblər.

Davudoğlu isə başqa dinin mənsublarından bəhs edildiyi zaman başqa ölkənin vətəndaşı kimi göstərmənin doğru olmadığını vurğulayıb:

“Bu masa ətrafında oturan hər kəs Türkiyə Cümhuriyyətinin müsavi, öz vətəndaşlarıdır”.

Görüş zamanı restovrasiya olunan və geri qaytarılan kilsələrin xaricində yeni bir kilsə tikilməsi də qərarlaşdırıldı. Bu qərara görə, Türkiyədə yaşayan Süryani etniklər İstanbul Yeşilyurtda Cümhuriyyət tarixində ilk dəfə kilsə tikəcəklər. Kilsə üçün torpaq ərazisi isə hökumət tərəfindən ayrılacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR