Hindistanla sərhəddə baş vermiş atışma nəticəsində 3 pakistanlı hərbçi həlak olub

07:07 3 Yanvar 2015
73 Dünya
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 06:26 ]

Bakı-APA. Hindistanın Cammu və Kəşmir ştatındakı nəzarət zolağında hindistanlı hərbçilərlə  atışma nəticəsində 3 pakistanlı hərbçi həlak olub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.  

 

Qeyd edək ki,  son zamanlar mübahisəli Kəşmir ştatı və Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Dekabrın 30-dan 31-nə keçən gecə tərəflər arasında baş vermiş atışma nəticəsində 1 hindistanlı və 4 pakistanlı hərbçi həlak olub.   

 

Tərəflər ara-sıra baş verən insidentlərdə bir-birini günahlandırır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR