"Prezident sarayı cibindəmi aparacaq?"

"Prezident sarayı cibindəmi aparacaq?"
08:01 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə tikdirdiyi və mübahisə predmeti olan prezidentin rəsmi igamətgahı olan “Ak saray” müzakirələrinə tanınmış müğənni Bülent Ersoy da qatılıb.

ANS PRESS-in məlumatına görə, vəziyyəti Atatürkün dövrü ilə müqayisə edən Ersoy Ərdoğanın sarayı özü ilə aparmayacağını deyib.

“Bu saray niyəsə dedi-qodu mövzusu oldu. Amma inkişaf edən Türkiyədə baxın, Atatürk də öz dövründə görkəmli “Çankaya” köşkünü tikdirdi. İndiki zamanda belə bir şeyin olması, Allah cənab prezidentimizə uzun ömür versin, gedəndə cibinə qoyub aparmayacaq” – deyə Bülent Ersoy bildirib.

Qeyd edək ki, Türkiyədə yeni tikilən prezidentin rəsmi iqamətgahının ərazisi və smetası üzərində mübahisələr bu gün də davam edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR