Məhkəmə ayıdan etibarnamə istəyir

08:36 3 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kastamonu şəhərində qəbristanlıqdan cəsədləri çıxarıb yeyən ayı məhkəməyə verilib. ANS PRESS-in məlumatına görə, işlə maraqlanan və faktla bağlı sənədlərlə tanış olmaq istəyən vəkil isə eşitdiyi cavab qarşısında şoka düşüb. Belə ki, vəkil Evren Karaahmet hadisəyə dair sənəd və foto şəkillərlə tanış olmaq üçün Meşə və Su Təsərrüfatı nazirliyinin 10 saylı reqional şöbəsinə müraciət edib. Şöbədən isə bunun, şübhəli şəxsin (ayının) vəkilə verəcəyi etibarnamədən sonra mümkün olacağını deyiblər. Vəkil isə bunun mümkünsüz olacağını deyərək şöbənin bu tələbinə etiraz edib.

“Məndən, cəsədləri yeyən ayını tapmağımı, onu razı salaraq notariusa aparmağımı və ondan etibarnamə almağımı istəyirlər. Amma iddialar doğrudursa və həqiqətrən də ayı tələf olunubsa işlər bir az da qarşıacaq. “Sülh Hüquq” məhkəməsinə müraciət edib miras sənədi alaraq ayının arvadını və uşaqlarını tapmalıyam...”.

Qeyd edək ki, ötən il oktyabrın 24-də bölgədəki qəbrisyanlıqda ayı məzarlardan birini açaraq cəsədi yeyib. Eyni hadisə başqa bir məzarda da təkrarlandıqdan sonra qəbristanlığa foto-tələ quraşdırılıb. Daha sonra ayının Meşə və Su Təsərrüfatı nazirliyinin əməkdaşları təərfindən yaxalanaraq başqa bir əraziyə köçürüldüyü və tələf edildiyi bildirilir.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR