Müşviq Şahverdiyev "Gizlənpaç" üçün "gizlənənlər"i axtarır - KASTİNQİN ŞƏRTLƏRİ

Müşviq Şahverdiyev "Gizlənpaç" üçün "gizlənənlər"i axtarır - KASTİNQİN ŞƏRTLƏRİ
16:27 16 May 2016
Ölkə mətbuatı
A- A+

Tanınmış aktyor Müşviq Şahverdiyev yeni filmi olan "Gizlənpaç" haqqında Milli.Az saytına açıqlama verib:

"Artıq ssenarimiz tamamilə hazırdır. Çəkilişlərimiz yaxın zamanda start götürəcək. İlk öncə isə kastinq etmək istəyirik. May ayının 20-si saat 12:00-da "Lake Palace"da kastinqimiz baş tutacaq. Kastinq 12:00-dan 18:00-a qədər davam edəcək. Filmdə baş rollarda mən və İlkin Misgərli olacağıq, həmçinin bir xanım da. Bir neçə aktrisa ilə danışıqlar gedir hal-hazırda, amma bu o demək deyil ki, kastinqə bu kriteriyalara uyğun gələn xanımları seçməyəcəyik. Onlara da şans veriləcək. Bundan əlavə, baba, uşaq, ortayaşlı kişilər və s. obrazlara üstünlük veriləcək. Yəni, bizim istiqamətimiz bu yöndə olacaq. Əvvəlcədən hər kəsdən artıq dərəcədə xahiş edirik ki, özünə və istedadına güvənən insanlar gəlib iştirak etsinlər. Vaxt keçirtmək üçün kimsə gəlməsin".

Filmin rejissoru Elmir Süleymanov da öz növbəsində bu filmdən çox şey gözlədiyini bildirib: "Bu film çox yadda qalacaq. "Romantik komedi" tərzdə olacaq. Bu film tam səviyyəli, ailə filmi kimi tamaşaçılara təqdim olunacaq. Müşviqin digər iki filmindən sonra rejissorlar dəyişib və yenisiylə əvəzlənib. Bu, məndə narahatlıq yaratmır. Mənim üçün əsas işimdir və mən öz işimi layiqincə yerinə yetirəcəyimdən əminəm. İnanıram ki, noyabrda bu filmlə "partlayış" edəcəyik. Və Müşviqi seçimində yanıltmayacam. Film komanda işidir. Mənimlə yanaşı, komanda da yaxşı işləməlidir. Kastinqə gəldikdə isə, Müşviqin sözünə qüvvət, bizə bu işə marağı olanlar, özündə istedadı hiss edən insanlar lazımdır və biz onları tapıb seçəcəyik. Sadəcə əlavə vaxt keçirmək və başqa məqsədlərlə gəlmək istəyən şəxslər indidən özlərini yorub gəlməsinlər. Biz zatən onları qəbul etməyəcəyik. Hər kəsə uğurlar arzu edirik".

"Gizlənpaç" filminin informasiya dəstəyi - Milli.Az, Day.Az, Trend.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/434688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR