İsveçdə növbəti məscid hücumu

İsveçdə növbəti məscid hücumu
09:26 3 Yanvar 2015
119 Sosial
Ölkə mətbuatı
A- A+

Son bir həftədə İsveçdə növbəti dəfə müsəlmanların ibadət etdiyi məscidə hücum olub.

ANS PRESS-in məlumatına görə, somalili miqrantlara aid məscid naməlum şəxslər tərəfindən daşa basılıb.

Heç kimin olmadığı bir vaxtda həyata keçirilən hücum nəticəsində məscid pəncərəsinin şüşələri sınıb, namaz qılınan yerdən isə bir neçə ədəd daş tapılıb.

Skillinqard bölgəsində baş vermiş hücum faktı müsəlmanlar arasında təşviş yaradıb.

Yerli polis baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xatırladaq ki, xüsusilə ötən ilin son ayından etibarən bir çox Avropa ölkəsində müsəlmanlar və məscidlər intensiv hücumlara məruz qalır.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR