Gün var əsrə bərabər: Ötənləri yada salaq

Gün var əsrə bərabər: Ötənləri yada salaq
09:32 3 Yanvar 2015
152 Sosial
Ölkə mətbuatı
A- A+

1909-cu ildə Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə anadan olub
Milli.Az anspress-ə istinadən yanvarın 3-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 3 yanvar 2015
Hicri: 12 Rəbiyəl-əvvəl 1436

İlin 03-cü günü
İlin sonuna 362 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.46
Günəş - 08.02
Zöhr - 12.45
Əsr - 15.25
Məğrib - 17.37
İşa - 18.59

e.ə.106 — məşhur Roma natiqi, filosof və siyasi xadim Mark Siseron anadan olub. (ö. e.ə.43).

1431 — Burqundiya hersoqu satqınlıq nəticəsində tutulan Janna D Arkı ingilis kralının nümayəndəsi, keşiş Koşona 10 min franka satır.

1491 — hüquqşünas Pyotr Ravenskiyə əsəri "Feniks"i çap etdirməyə hüquq verən sənəd verilir. Bu müəlliflik hüququ haqqında tarixdə ilk sənəd sayılır.

1501 — Özbək şair, filosof və dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mirр) vəfat edib.

1804 — Gəncə Rusiya qoşunları tərəfindən işğal olunur.

1868 — Yaponiyanın imperator şurasının iclasında imperator hakimiyyətinin bərpası haqqında manifest qəbul edilir. Sasuma və Tyoysyunun qoşunları Kiotodakı imperator sarayını tutur və Meydzi imperator hakimiyyətinin bərpasını elan edirlər.

1888 — Vaşinqtonda M.Stoun adlı bir nəfər kokteyl üçün çubuq patentləşdirir. Ona qədər o, kağızdan hazırlanırdı.

1909 — Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə anadan olub. (ö. 1974).

1924 — Tutanhamonın qəbri tapılandan sonra ingilis ekspediyası onun qızıl tabutda mumiyalanmış cəsədini tapır.

1934 — SSRİ-də təyyarələrin radiolokasiya ilə yerinin müəyyənləşdirilməsi üçün uğurlu sınaq keçirilir.

1938 — azərbaycanlı jurnalist Gülarə Qədirbəyova vəfat edib.

1956 — Avstraliya kökənli Amerika aktyoru və rejissoru Mel Gibson anadan olub.

1962 — Roma Papası Fidel Kastronu kilsədən ayırır.

1969 — məşhur Formula-1 yarışmasının pilotu, yeddi dəfə dünya çempionu Mixael Şumaxer anadan olub.

1993 — Moskvada Rusiya və ABŞ arasında strateji silahların ixtisar edilməsi barədə müqavilə bağlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR