İŞİD İraqda 170 sakini girov götürüb

İŞİD İraqda 170 sakini girov götürüb
09:32 3 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum şəxslər İŞİD terror qruplaşmasının bayraqlarını yandırdıqdan sonra silahlılar İraqın Kərkük əyalətində iki kəndə hücum edərək onlarla sakini girov götürüb.
 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bölgədə İŞİD-in iki bayrağının yandırılmasına cavab olaraq silahlılar Əl Şajara və Qərib kəndlərinə hücum edərək 170 sakini əsir götürüb. “Təxminən 30 avtomobildə hərəkət edən silahlılar girov götürdükləri insanları Havica şəhərinə aparıblar. Bu şəhərdə İŞİD-in həbsxanası və məhkəməsi yerləşir”, - deyə yerli kəşfiyyat qurumunun nümayəndəsi “Frans Press”ə bildirib.
 
Şahidlərin sözlərinə görə, silahlılar girov götürdükləri sakinləri bayraqların yandırılması ilə əlaqəli olub-olmadıqlarını araşdırmaq üçün naməlum istiqamətdə aparıblar. Yerli sakinlərin bildirdiyinə görə, terrorçular Qərib kəndində bayraqları yandırmış 15 şəxsi axtarıblar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR