Alim Qasımov Tehranda konsert verəcək

Alim Qasımov Tehranda konsert verəcək
09:33 3 Yanvar 2015
150 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 3 yanvar /Trend müxbir Təmkin Cəfərov/

Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək. Trend-in İranın Mehr agentliyinə istinadən verdiyi məlumata görə, konsert yanvar ayının 11-12-də Tehranın Vəhdət sarayında baş tutacaq.
Məlumata əsasən, Alim Qasımovun ifasında Azərbaycan muğamları və xalq mahnıları səslənəcək. Sənətçi qızı, Əməkdar artist Fərqanə Qasımova ilə birgə çıxış edəcək. Alim Qasımovu konsertdə simfonik orkestr müşayiət edəcək.
Qeyd edək ki, Alim Qasımov 2014-cü ilin may ayının ayının 13-də Tehranın Milad sarayında konsert vermişdi və konsert çox böyük coşqu ilə qarşılanmışdı.
Alim Qasımov bundan öncə İranda 1992, 2002 və 2006-cı illərdə konsert verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR