İsveçdə növbəti məscid hücumu

İsveçdə növbəti məscid hücumu
09:47 3 Yanvar 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

Son bir həftədə İsveçdə növbəti dəfə müsəlmanların ibadət etdiyi məscidə hücum olub
Anspress-in məlumatına görə, somalili miqrantlara aid məscid naməlum şəxslər tərəfindən daşa basılıb.

Heç kimin olmadığı bir vaxtda həyata keçirilən hücum nəticəsində məscid pəncərəsinin şüşələri sınıb, namaz qılınan yerdən isə bir neçə ədəd daş tapılıb.

Skillinqard bölgəsində baş vermiş hücum faktı müsəlmanlar arasında təşviş yaradıb.

Yerli polis baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xatırladaq ki, xüsusilə ötən ilin son ayından etibarən bir çox Avropa ölkəsində müsəlmanlar və məscidlər intensiv hücumlara məruz qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR