Karlosun yeni iş yeri

Karlosun yeni iş yeri
09:52 3 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor"un baş məşqçi postundan istefa verən Roberto Karolusun işsiz günləri başa çatıb.
 
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı mütəxəssisin yeni klubu bəlli olub.
 
41 yaşlı çalışdırıcı Türkiyə Supeliqasının digər təmsilçisi "Akhisar BB" ilə anlaşıb.
  
Bu barədə yerli mətbuata klub prezidenti Hüseyn Əryüksel məlumat verib. O bildirib ki, Karlosla 1.5 illik müqavilə imzalayıblar. Onun gələn həftənin 4-cü günü Türkiyəyə gələcəyi gözlənilir.
  
Qeyd edək ki, daha əvvəl "Akhisar BB"ni Mustafa Rəşit Akçay çalışdırırdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR