Dünyanın ən "kefkom" polisləri

Dünyanın ən "kefkom" polisləri
10:12 3 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Roma polisləri Yeni il gecəsi işə çıxmayıblar
İtaliyanın paytaxtı Roma şəhərinin şurası 2014-cü ilin son günündə polislərin dezertirliyini araşdırır. Həmin gün şəhərin asayiş keşikçilərinin 83%-i işə çıxmayıb.

Milli.Az xəbər verir ki, bu barədə "The Telegfaph" qəzeti məlumat yayıb. İşə çıxmayan polis əməkdaşlarının çoxu xəstə olduqlarını bildiriblər.

Şəhər meri İqnasio Marino isə öz Facebook səhifəsində yazıb:

"Onlar Yeni il şənliklərini korlamaq istəməyiblər, ancaq məsuliyyətə cəlb olunmalıdırlar.

Merin müavini Luidji Nieri isə hadisəni "yolverilməz" hesab edir. Onun sözlərinə görə, polislər ictimai asayişi təhlükə altında qoyublar. Çünki həmin gecə Romanın küçələri insanlarla dolu olub.

31 dekabr tarixində Romada küçələrə 600 min nəfər adam çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR