Kənddə iki “VAZ” toqquşub: ölən və xəsarət alanlar var

10:23 3 Yanvar 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İlkin İzzət/

Goranboyda avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda, rayon mərkəzindən 10 km aralıda yerləşən Balakürd kəndində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyidi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:55-də başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR