Azərbaycanlılar Türkiyədə "hə" dedi

Azərbaycanlılar Türkiyədə "hə" dedi
10:46 3 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ərə gedən azərbaycanlıların sayı artıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ancaq Fethiyədə 2014-cü ildə 305 əcnəbi evlilik baş tutub.

Türkiyənin ən gözəl turizm məkanlarından olan Fethiyədə möhtəşəm mənzərəli bölgələrdə ailə quranlar bal aylarını da məhz burada keçiriblər.

Əcnəbi evlilik edən qadınların böyük əksəriyyəti ingilislər olublar. Türk kişilərlə evlənən əcnəbi qadınların 87 faizi ukraynalı, rus və azərbaycanlılar olub.

Məlumata görə, əcnəbilərin toy üçün bura üz tutmasının əsas səbəblərindən biri qiymətin münasib olmasıdır. Belə ki, bir həftəlik gecələmə də daxil olmaqla, nikah üçün cütlüklər 15-25 min lirə (5071 - 8452 manat) arasında dəyişir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR