"Mercedes" ağaca çırpıldı: 4 nəfər xəsarət aldı

"Mercedes" ağaca çırpıldı: 4 nəfər xəsarət aldı
10:47 3 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda ağır yol qəzası baş verib
APA-nın məlumatına görə, hadisə yanvarın 3-ü səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı, 99 GE 791 dövlət nömrə nişanlı avtomobil Şəki rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq kənardakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Balakən rayon sakinləri, 1995-ci il təvəllüdlü Ramazan Paşa oğlu Osmanov, 1997-ci il təvəllüdlü Arzu Şirin qızı İsayeva, 1957-ci il təvəllüdlü Şamil Nurlan oğlu Umarov və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Elmira Sədulla qızı Umarova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-dan APA-ya bildirilib ki, xəsarət alanlardan Ş.Umarovun vəziyyəti ağır olduğu üçün o, Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digərlərinin vəziyyəti isə orta stabildir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR