İran nüvə materiallarının Rusiyaya göndərilməsinə dair ABŞ-la razılıq əldə olunması barədə xəbərləri təkzib edib

11:02 3 Yanvar 2015
63 Dünya
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 11:01 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Rəsmi Tehran nüvə silahının yaradılması üçün yararlı materialların Rusiyaya göndəriləcəyi barədə məlumatları təkzib edib.

 

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, İran rəsmi dairələrinin mətbuata açıqlamasında Vaşinqtonla Tehran arasında belə razılaşmanın olmadığı bildirilib.

 

Tehranda qeyd edirlər ki, bu tip məlumatlar İranın nüvə proqramı ilə bağlı danışıqlara mənfi təsir göstərə bilər.

 

Qeyd edək ki, nüvə proqramı ilə bağlı danışıqların yeni mərhələsi yanvarın 15-də baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR