Goranboyda iki avtomobil toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

11:07 3 Yanvar 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 11:05 ]

Bakı – APA. Bu gün Goranboy rayonunun Balakürd kəndində (rayon mərkəzindən 10 km aralı) VAZ markalı minik avtomobilləri toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin, 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR