Ərdoğanın qızı parlament seçkilərində iştirak edə bilər

Ərdoğanın qızı parlament seçkilərində iştirak edə bilər
11:08 3 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğan parlament seçkilərində iştirak edə bilər.

Trend-in şənbə günü "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu deyib.

Onun sözlərinə əsasən, S. Ərdoğanın böyük siyasi təcrübəsi var: "Onun parlament seçkilərində iştirak etməsi pis olmazdı".

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri bu il iyunun 14-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR