Binəqədi rayonunun balaca sakinləri hərəyə bir bayraq verdilər - FOTO

Binəqədi rayonunun balaca sakinləri hərəyə bir bayraq verdilər - FOTO
16:42 25 May 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 24-də Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə Binəqədi rayonunun balaca sakinləri "Hərəyə bir bayraq verək" aksiyası keçiriblər.

Milli.Az bildirir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, "Hərəyə bir bayraq verək" aksiyası rayonun 272 saylı körpələr evi - uşaq bağçasının balaca fidanlarının iştirakı ilə baş tutub.

Balaca fidanlar hərbi formada Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidi, Zərifə Əliyeva adına park, Zərifə Əliyeva adına Oftomalogiya Mərkəzi, A.Məmmədov parkı, 6-cı mikrorayon boyunca əraziləri gəzərək əllərindəki üçrəngli bayraqları veteranlara, qocalara, təqaüddə olan ağsaqqallara, məktəblilərə, polis işçilərinə, səhiyyə sahəsində çalışan işçilərə, müharibə, Qarabağ əlillərinə, milli qəhrəmanların ailə üzvlərinə, ərazidə Azadlıq prospekti boyunca yol təmirində çalışan fəhlələrə, avtobus dayanacaqlarında duran sürücülərə, fiziki məhdud olan insanlara və öz həmyaşıdlarına paylayıblar.

Bütün sakinlər tərəfindən maraqla qarşılanan "Hərəyə bir bayraq verək" aksiyası hamıda sevinc hissi yaradıb.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/437580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR