ŞOK!Nazirin barmaq izləri oğurlanıb

11:29 3 Yanvar 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+

“Xaos kompüter klubu”nun üzvləri Almaniyanın müdafiə naziri Ursula fon der Layenin barmaq izlərini oğurladıqlarını iddia edirlər. Lent.az-ın eunews.az-a istinadən verdiyi məlumata görə, bu barədə “Dpa” xəbər agentliyi yazıb. Belə ki, dekabrın 27-də klubun 31-ci illik yığıncağında etik xaker (sertifikatlı xaker) və tədqiqatçı Yan Krissler çıxış edib. O deyib ki, barmaq izinin təsviri tezliklə internetdə yayımlanacaq. Barmaq izini tapmaq üçün nazirin əli toxunan obyektə ehtiyac olmayıb.

Krissler deyib ki, bunun üçün oktyabrda mətbuat konfransında yaxından çəkilmiş fotoşəkili və VeriFinger kommersiya proqram təminatından istifadə olunub. 

Müdafiə nazirinin barmaq izinin yarımçıq təsviri və müxtəlif bucaq altında çəkilən fotoşəkillər əsasında xakerlər çatışmayan hissələri bərpa ediblər. Krissler 2008-ci ildə, həmin vaxt Almaniyanın daxili işlər naziri olan Volfqanq Şoyblenin də barmaq izlərini şəklini yaymışdı.

 

Almaniyanın “Zeit online” xəbər vebsaytına görə, Krissler və digər xaker Tobias Fibig Berlin Texniki Universitetində biometrik təhlükəsizlik sistemlərinin məhdudiyyəti ilə bağlı tədqiqat aparıblar.

Son zamanlar təhlükəsizlik sistemlərində biometrik vasitələrdən daha çox istifadə olunur. Bu cür sistemlərdə adətən identifikasiya üçün barmaq izi, yaxud  gözün qüzehli qişasının skanı tələb olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR