Türk aktrisadan Azərbaycana təhqir

11:31 3 Yanvar 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktrisalarından biri Azərbaycandan saxta, dəyərsiz diplom almaq niyyətindəri. ANS PRESS-in məlumatına görə, Müjdə Ar "Hürriyət" qəzetinə müsahibəsində belə deyib.

"Siyasətlə məşğul olmaq haqqında düşünürsünüzmü?" sualına cavabında aktrisa növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyini deyib.

Aktrisa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddət gündəmdən düşməyən Ağ sarayına da söz atıb. Belə ki, o, seçkiləri qazana bilsə bu sarayı film çəkilişləri üçün meydançaya çevirəcəyini deyib.

Diplomu belə olmayan aktrisanın bunu necə edəcəyi barədə suala isə o heç düşünmədən Azərbaycandan saxta diplom alacağını deyib.

Geniş müsahibəsində o, Rusiya lideri Vladimir Putinin Ərdoğanın yeni iqamətgahını nə üçün bəyəndiyini anlamadığını da deyib. "Yəqin Sankt peterburqdakı Ermitaja bənzədib".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=317528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR