Apple müştəriləri necə aldadır?

Apple müştəriləri necə aldadır?
11:32 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İki nəfər Kaliforniya sakini Apple şirkəti ilə bağlı Mayami məhkəməsinə şikayət ərizəsi yazıblar. Ərizədə qeyd olunub ki, Apple məhsullarının istehsalçısı iOS 8 əməliyyat sistemində qəsdən əməliyyat yaddaşını istifadə edir
Milli.Az-ın BBC-yə istinadən məlumatına görə, Pol OrşanKristofer Endara iddia edirlər ki, iOS 6 əməliyyat sistemi qadjetlərin əməliyyat yaddaşının 23.1%-ni tutur. Bundan əvvəlki iPhone və iPad modellərinin iOS 8 əməliyyat sisteminə qədər yenilənməsi zamanı əməliyyat yaddaşının 1.3 qiqabaytı itir.

İddiada qeyd olunur ki, Apple şirkəti əməliyyat sisteminin yenilənməsi zamanı nə qədər yaddaş tutacağını əvvəlcədən bildirmir. İddiaçıların sözlərinə görə, şirkət bunu qəsdən edir ki, istifadəçiləri pullu iCloud sisteminə abunə olmağa məcbur etsinlər.

Apple şirkəti, hələ ki, iddianı şərh etməyib.

Xatırladaq ki, iOS 7 əməliyyat sistemi 2014-cü ilin sentyabr ayında istifadəyə verilib. Lakin şirkət sonradan əməliyyat sistemini geri çağıraraq yenidən hazırlayıb. Birinci versiya həddən artıq yaddaşı tuturdu və iPhone 6 istifadəçisi zəngləri başa vura bilmirdi.

O zaman şirkət uğursuz əməliyyat sisteminə görə üzr istəmişdi.

iPhone istifadəçiləri tez-tez şikayət edirlər ki, əməliyyat sisteminin yenilənməsindən sonra smartfon ağır işləyir. Hər dəfə yenilənən əməliyyat sistemi daha çox əməliyyat yaddaşı tutduğu üçün smartfonla işi çətinləşdirir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR