Bülənt Arınc vəzifəsindən gedir

12:19 3 Yanvar 2015
76 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə baş nazir müavini Bülənt Arınc 6 aydan sonra vəzifəsindən gedəcəyini açıqlayıb.

 

APA-nın “Hürriyyet”ə istinadən verdiyi məlumata görə, B. Arınc bu barədə Kırşehir Sənayeçi və İş Adamları Dərnəyinin (KİRSAİD) açılışı zamanı çıxışında bildirib: “Bizə bu qədər yetər, bir az da dincələk, siyasətə kənardan töhfə verək. 5 dönəmdir parlamentdə millət vəkiliyəm, qaldı 6 ayımız, ondan sonra yerimizi gənclərə buraxacağıq”.

 

B. Arınç qeyd edib ki, 1950-ci ildən bu yana Türkiyədə ilk dəfədir ki, bir partiya 13 ildir iqtidarda qalır.

 

O bildirib ki, 2002-ci ildə AKP hakimiyyətə gələrkən, Türkiyənin Beynəlxalq Valyuta Fonduna 23,5 milyard dollar borcu olub: “Bu borcu tamamilə ödədik. Sonra isə biz BVF-yə 5 milyard dollar kredit verdik. Budur, milliyyətçilik belə olmalıdır. Millətimizin qanını 30 il soran, əvəzini 10 qat alan BFV-yə borcumuzu tamamilə ödəməyimiz məni çox sevindirir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR