Yeni ildə 200-dən çox adam həlak oldu

12:21 3 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni il bayramı ərəfəsində Taylandda 200-dən çox insan həlak olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Tayland Hökumətinin rəsmi mənbəsi məlumat yayıb. Rəsmi rəqəmlərə görə, Yeni il ərəfəsində baş verən yol-nəqliyyat hadisələri zamanı 2 mindən çox insan isə yaralanıb.

Baş verən qəzaların 80%-dən çoxu motosikllərin iştirakı ilə baş verib. Bu kateqoriyadan olan yol-nəqliyyat hadisələrin əksəriyyəti ölümlə nəticələnib. 36%-dən çox ölümcül yol-nəqliyyat hadisəsi sərxoş sürücülərin ucbatından baş verib. Təxminən 19,5% ölümcül yol-nəqliyyat hadisəsi isə sürət həddinin aşılmasıyla bağlıdır.

Taylandda yol qəzaları daha çox 30 dekabr və 5 yanvar tarixləri arasındakı 7 gün ərzində baş verir. Son statistikaya görə, bu ölkə avtomobil yollarında baş verən qəzalara görə dünyada ikinci yeri tutur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR