Kafedra müdiri dünyasını dəyişdi - FOTO

Kafedra müdiri dünyasını dəyişdi - FOTO
12:42 3 Yanvar 2015
167 Sosial
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətlərinin kafedra müdiri, orkestr rəhbəri Gülağa Zeynalov dünyasını dəyişib. Milli.Az lent.az-a istinadən xəbər verir ki, G.Zeynalovun dünən axşam saatlarında qəflətən ürəyi dayanıb.

“Xalq ulduzu” yarışmasının iştirakçısı müğənni Kamil Cəfərov müəlliminin dünyasını dəyişməsindən lent.az-a danışıb: “Allah rəhmət eləsin. Gülağa müəllim dünyasını dəyişdi. Allaha and olsun ki, hələ də inana bilmirəm. Dekabrın 27-də bir yerdə idik. Çox gözəl sənətkar məşqlərimiz yarımçıq qaldı. Hara getdin?”

Qeyd edək ki, 1994-ci ildən Mədəniyyət və İncəsənət Universitetində çalışan Gülağa Tapdıq oğlu Zeynalov 1956-ci il aprelin 28-də Şuşa şəhərində anadan olub.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR