Məsciddəki bu şəkil hiddətləndirdi (FOTO)

Məsciddəki bu şəkil hiddətləndirdi (FOTO)
12:51 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli müğənninin məsciddə çəkdirdiyi foto qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, Selena Qomez Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərinə səfər edib.

Müğənni məsciddəki fotosunu 20 milyona yaxın izləyicisi olan "Instagram" səhifəsində paylaşıb. Bununlada o qalmaqalın əsasını qoyub.

O, dostları ilə birlikdə Abu Dabidəki ən böyük məscid olan Şeyx Zayid Məscidində olub. Qomez məsciddə çılpaq ayağını göstərər foto çəkdirib. Bundan əlavə fotolarda 23 yaşlı müğənninin hündürdən güldüyü, bağırdığı, zəfər işarələri tutduğu da görünür.

İzləyicilər bu fotoların isə məscid kimi dini ibadət ocağına hörmətsizlik olduğu deyərək reaksiya göstəriblər.

Sərt reaksiyalardan sonra müğənni fotolarını yığışdırmalı olub.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR