Düşmən orduda yeni itkilər

12:51 3 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün gecə saat 03 radələrində Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərincə daha iki hərbi qulluqçusunu itirib.

ANS PRESS-in məlumatına görə, Ermənistan ordusunun daha bir hərbi qulluqçusu isə yaralanıb.

Erməni mətbuatıının yazdığına görə, öldürülənlər Karen Samveloviç Qriqoryan və Vardan Martikoviç Mkrtçyandır, Volodya Qaqikoviç Arutyunyan isə ağır yaralanıb.

Ermənistan tərəfi erməni əsgərlərin Azərbaycan tərəfinin hücumu nəticəsində həlak olduğunu iddia edir. Amma Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə isə, düşmən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Yarımca, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Cəvahirli, Kəngərli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR