Məşhur aktrisanın sürpriz toyu - FOTO

Məşhur aktrisanın sürpriz toyu - FOTO
12:57 3 Yanvar 2015
316 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktrisası Naz Elmas ötən ilin son günü həm özünə, həm də pərəstişkarlarına sürpriz edib. Amma bu sürpriz heç də aktrisanın yaradıcılığı ilə bağlı deyil.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Elmas yeni ilə bir neçə saat qalmış sevgilisi Emre Kıramerlə nikah masasına oturub. TRT-də yayımlanan “Filinta” serialındakı roluyla məşhurluğuna məşhurluq qatan aktrisa uzun müddətdir eşq yaşadığı Emre Kıramerlə evlənib.

Cütlük toylarının təmtəraqlı keçməsini istəməyib və mərasim Kuruçeşmədə onların ən yaxın insanlarının iştirakı ilə baş tutub.
Qeyd edək ki, Emre Kıramerlə Nas Elmas beş aydan artıqdır ki, ber yerdədirlər. Aktrisanın həyat yoldaşı Türkiyənin məşhur saç ustalarından olan Erdem Kıramerin oğludur.

Cütlük toyları barədə mediaya informasiya sızdırmasa da, qonaqlar sürpriz toyun fotolarını sosial şəbəkədə paylaşıblar. Maraqlıdır ki, toydan sonra Naz Elmas İnstagram-da soyadını Kıramer olaraq dəyişdirib. Naz Elmas hamilə olmasıyla bağlı iddialara da cavab verib və bildirib ki, seriallar davam etdiyi müddətdə ana olmaq istəmir.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR