Qatar avtobusla toqquşdu: 3 ölü

Qatar avtobusla toqquşdu: 3 ölü
13:12 3 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın qərbindən Tbilisiyə hərəkət edən sürət qatarı mikroavtobusla toqquşub.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən Trend-ə verilən məlumata görə, qəza Marani kəndi ərazisində baş verib.

Toqquşma nəticəsində mikroavtobusun 3 sərnişini ölüb. Nəqliyyat vasitəsində olan iki azyaşlı uşaq isə xəsarət almayıb.

Qəzaya səbəb kimi qadağan edilmiş yerdə dəmiryol xəttinə çıxmış mikroavtobus sürücüsünün yaxınlaşan qatarı görməməsi göstərilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR