Mahir Şükürov yeni ampluada

Mahir Şükürov yeni ampluada
13:22 3 Yanvar 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin futbolçusu Mahir Şükürov özü üçün ənənəvi olmayan mərkəz müdafiəçisi mövqeyində çıxış edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna cinah oyunçusunun çıxış etdiyi Türkiyə “Karşıyaka”sındakı problemlər səbəb olub.
  
Cenkin cəzalı, Mehmet Yiğitin zədəli olması üzündən baş məşqçi Yusuf Şimşək çətin vəziyyətdə qalıb. Mütəxəssis məşq prosesində həm Mahiri, həm də Yenal Mehmet Ayazı sınadıqdan sonra qərarını verib. O, Şükürovun daha yaxşı olduğu qənaətinə gəldiyindən məhz həmyerlimizə müdafiənin mərkəzində şans verəcək.
  
Qeyd edək ki, “Karşıyaka” sabah 1-ci liqanın lideri “Kayserispor”la qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR