DƏHŞƏT: Ana 2 uşağının boğazını kəsdi, onların üstünə benzin töküb evə od vurdu

DƏHŞƏT: Ana 2 uşağının boğazını kəsdi, onların üstünə benzin töküb evə od vurdu
13:22 3 Yanvar 2015
377 Dünya
Ölkə mətbuatı
A- A+

“Reuters”in xəbərində deyilir ki, 2012-ci ildə Massaçusetsdə öz uşaqlarına qarşı dəhşətli cinayət törətmiş qadın cümə günü 25 il müddətinə azadlıqdan məhrum edilib. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, yerli prokurorluğun bəyanatında bildirilir ki, 27 yaşlı Tanikia Qudvin 8 yaşlı oğlunun və 3 yaşlı qızının boğazını kəsib, onların üstünə benzin töküb və evə od vurub.

Prokurorluq onu da bildirib ki, ana yaşadığı mənzilin oddan qorunması üçün quraşdırılmış texniki avadanlıqları bilərəkdən sıradan çıxarıb. Bununla da o, yanğınsöndürənlərin hadisəyə mümkün qədər gec müdaxilə etməsinə cəhd göstərib.

Ancaq yanğınsöndürənlər qapını sındırıb içəri daxil olanda 8 yaşlı oğlanın ağlı üstündə olub. O bildirib ki, bütün bunları anam etdi.

Maraqlıdır ki, Tanikia Qudvin cinayəti törədəndən sonra yerli polis idarəsinə hücum edib, pəncərələri sındırıb. Həmin vaxt qan içində olan ananın üst-başı həm də benzin ləkəsinə bulaşmış olub. Gənc qadın etdiyi cinayəti etiraf edib.

Tanikia Qudvinin oğlunu indi onun əmisi oğlu oğulluğa götürüb. Onun qızı isə uşağın atasının himayəsindədir. Hər iki uşaq fiziki baxımdan müalicə olunsa da, psixoloji baxımdan aldıqları zədə hələ də onlara əziyyət verir.

Uşaqlarına qarşı belə bir qəddarlıq göstərmiş ananın həbs müddəti başa çatdıqdan sonra o, 5 il ərzində nəzarət altında olacaq. Hələlik isə ciddi psixoloji sarsıntılar keçirmiş qadına əsəblərini qaydaya salmaq üçün tibbi yardım göstərilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR