Liviyada naməlum silahlılar 17 nəfəri qətlə yetirib

13:37 3 Yanvar 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 13:31 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Naməlum silahlılar Liviyanın qərbində hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edərək, 17 nəfəri öldürüb.

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 14 əsgər, 3 dinc sakin həlak olub. Hələlik heç bir təşkilat bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

 

Ötən həftə analoji hadisə Liviyanın Sirt şəhərində də baş verib. “Liviya şəfəqi” qruplaşmasının üzvləri hərbi bazaya hücum edərək, 19 nəfəri qətlə yetirib.

 

Ötən ilin iyul ayından fəallaşan “Liviya şəfəqi” qruplaşmasının “Əl-Qaidə”, “İslam dövləti” (İŞİD) və “Müsəlman qardaşları” ilə sıx əlaqədə olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR