Bakıda kafedə partlayış: yaralılar var

Bakıda kafedə partlayış: yaralılar var
13:48 3 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan "Bibimin kafesi"ndə 50 litrlik propan qaz balonundan qaz sızması nəticəsində partlayış hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, nəticədə kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondisioner və 3 kv.m sahədə əşyalar yanıb, kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2349626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR