Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ
13:49 3 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq, mülayim cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

 

Bölgələrdə də havanın əsasən bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

 

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR