MN: Soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərinin gözünə hər yerdə Azərbaycan “diversantı” görünür

13:52 3 Yanvar 2015
141 Sosial
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 13:47 ]

“Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır”

Bakı – APA. Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır.

 

APA-nın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan “diversantı” görünür.

 

“Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb.

 

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramlarını qeyd etməklə bərabər Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır”, - deyə MN-in məlumatına bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR