Erməni türklərdən torpaq tələb edir

14:01 3 Yanvar 2015
77 Dünya
Ölkə mətbuatı
A- A+

İşğalçılıq siyasətləri ilə tanınan ermənilərdən daha bir ərazi iddiası. ANS PRESS-in məlumatına görə, bu dəfə ABŞ-da yaşayan erməni Türkiyənin Diyarbakır hava limanının ərazisini zəbt etmək eşqinə düşüb.

ABŞ-da yaşayan Zuart Suciyan Diyarbakır hava limanaı ərazisinin ona ailəsindən miras qaldığını iddia edərək məhkəmə iddiası qaldırıb.

Onun iddiasına görə, ailəsi 1915-ci ildə baş verən hadisələrdən sonra ABŞ-a qaçıb. Türkiyə dövləti isə onun ailəsinə məxsus torpaqlarda heç kimin razılığı olmadan kadastr işləri aparıb. İki il öncə o torpaqlarının geri qaytarılması üçün məhkəməyə müraciət edib.

Diyarbakır 5-ci hüquq məhkəməsi ərazidə kadastr işlərinin 1967-ci ildə qəzetdə verilən elanla aparıldığını və Suciyanın kadastr işlərindən xəbərdar olmadığı barədə yalan danışdığını açıqlayıb. Elanın üzərindən 10 ildən çox vaxt keçdiyi üçün iddianın rəddinə qərar verilib.

Suciyanın vəkilinin sözlərinə görə, o zaman kadastr işləri yerli qəzetlərdə verilən elanlara görə aparılıb, lakin mülk sahiblərinin özlərinin bunlardan xəbəri olmayıb. "İkinci instansiya məhkəmə tələbimizi qəbul edərsə qeyd edilən ərazi hava limanı olduğu üçün ərazini yox, onun dəyərini tələb edəcəyik".


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR