İşğal altında olan Azərbaycan ərazilərində iki erməni əsgər ölüb, biri yaralanıb

14:02 3 Yanvar 2015
104 Sosial
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 13:58 ]

Bakı - APA. İşğal altında olan Azərbaycan torpaqlarında iki erməni əsgər ölüb, biri yaralanıb.

APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, separatçı Dağlıq Qarabağ rejimi ölən və yaralanan hərbçilərin adını da açıqlayıb.

 

Məlum olub ki, ölənlər Karen Samveloviç Qriqoryan və Vardan Martikoviç Mkrtçyan, yaralanan isə Volodya Qaqikoviç Arutyunyandır.  

 

Ermənistan KİV insidentin Azərbaycan Ordusunun yanvarın 3-nə keçən gecə təmas xəttinin qarşı tərəfinə keçmək istəyərkən baş verdiyini, Azərbaycan tərəfinin də itki verərək geri çəkildiyini xəbər versə də, Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edib.

 

“Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb”, - deyə Azərbaycan MN-in məlumatında bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR