Mənzildə 59 yaşlı kişi meyiti tapılıb

Mənzildə 59 yaşlı kişi meyiti tapılıb
14:03 3 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda mənzillərin birində 59 yaşlı kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda 1956-cı il təvəllüdlü Kamran Vəli oğlu Rəsulov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K.Rəsulovun vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 10:38-də başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2349631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR