Bakıda kafe partladı

14:11 3 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda kafe partlayıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan "Bibimin kafesi"ndə baş verib.

Partlayışa səbəb 50 litrlik propan qaz balonundan qaz sızması olub.

Nəticədə kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondinsioner və 3 kv.m sahədə əşyalar yanıb. Kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR