"Yaponiyaya qalib gəlsək, finala qədər irəliləyəcəyik"

"Yaponiyaya qalib gəlsək, finala qədər irəliləyəcəyik"
14:22 3 Yanvar 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Mədətovun azerisport.az saytına müsahibəsini təqdim edir.
 
- Bu gün Valentin Qranatkinin xatirə turnirində ilk oyununuza çıxacaqsınız. Yaponiya ilə oyundan nə gözləyirsiniz?

- Artıq bir ilə yaxındır ki, bir yerdə oynamırıq. Əlbəttə, çətin olacaq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bir dəfə yaponlarla qarşılaşmışıq. Onlar heç də asan rəqib deyil.
 
- Yaponlar həm də bu turnirin son qalibidirlər...

- Çempiona qalib gəlməklə sensasiyaya imza ata bilərik. Biz öz futbolumuzu oynamağa çalışacağıq.
 
- Komandamızın bu matç üçün hədəfi nədən ibarətdir?

- Əks-hücumlarda yaxşı oynamalıyıq. Bizim sürətli futbolçularımız var. Onların sayəsində rəqib üçün problemlər yarada bilərik.
 
- Bu turnir yığmamız üçün nə dərəcədə vacibdir?

- Bu turnir bizim üçün həmişə vacib olub. Çünki bura yaxşı komandalar gəlir. Biz Çexiya, Yunanıstan kimi yığmalara qarşı oynamışıq. Belə oyunlar bizə Avropa çempionatının seçmə mərhələ oyunlarında kömək edir. Təcrübə toplayırıq.
 
- Yeni mövsüm üçün hədəfiniz nədir?

- Ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etmək. Mənə elə gəlir ki, yaponlara qalib gəlsək, finala qədər irəliləyə bilərik.
 
- Qranatkin turnirini sizin üçün ikiqat məsuliyyətli saymaq olar?

- Mən də digər oyunçularımız qədər məsuliyyət daşıyıram. Komanda yoldaşlarımdan heç birindən artıq deyiləm, geri də qalmıram. Sadəcə, digər oyundaşlarımdan fərqli, mən klubumda daha çox meydana çıxıram. Yəqin ki, buna görə məndən daha çox gözləntilər var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR