“Bloomberg”: Neftin qiyməti düşməkdə davam edəcək

“Bloomberg”:  Neftin qiyməti düşməkdə davam edəcək
14:24 3 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

Gələn həftə WTI markalı neftin qiyməti düşməkdə davam edəcək.

 

APA-Economics”in rbc.ru saytına istinadən verdiyi məlumata görə, “Bloomberg” agentliyinin analitikləri və treyderləri arasında keçirilən sorğunun nəticələrinə əsasən, 32 mütəxəssisdən 18-i gələn həftə neftin qiymətinin düşəcəyi barədə məlumat verib. Respondentlərin 8 nəfəri neftin bahalaşacağını, 6-sı isə qiymətlərdə qeyri-sabitliyin müşahidə olunacağını proqnozlaşdırıb.

 

2015-ci ilin ilk hərraclarında dünya üzrə neftin qiyməti 5 il yarım müddətinə minimum həddə çatıb. WTI markalı neftin tədarükü üzrə minimal fyuçers müqavilələrinin dəyəri 1 barelə görə 52,03 dollar, maksimum isə 55,11 dollar təşkil edib. Hərracların yekununda isə WTI neftinin 1 barelinin dəyəri 52,69 dollar olub.

 

Brent markalı neftin qiyməti yekun hərraclarda bir barelə görə 56,42 dollar dəyərində olub. Müqavilələrin fevral ayı üçün nəzərdə tutulmuş minimum dəyəri 1 barelə görə 55,50 dollar, maksimum dəyəri isə 58,51 dollar təşkil edib. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR