Yeni ailə quran Günel efirlə vidalaşdı - FOTO

Yeni ailə quran Günel efirlə vidalaşdı - FOTO
15:05 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yeni il günü nikah masasına oturan aparıcı Günel Hümbətova ailə həyatından bəhs edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Las-Veqasda Firuz Soliyev adlı gənclə ailə quran Günel aparıcılıqdan uzaqlaşdığını bildirib:

“Yeni ilin ilk günü gözümü ailəli biri kimi açdım. Əsas keçirtdiyim hisslərdir - xoşbəxtəm. Ailə qurmağa heç vaxt tələsməmişəm, hətta həmişə çox gec ərə gedəcəm deyirdim. Amma qismət... Ona bu dəfə daha çox inandım. Rəsmi olaraq dünya evinə girdim - sadə formada, sözün açığı, həmişə istədiyim kimi, hər zaman arzuladığım yerdə daxil oldum. Subay qızlara və oğlanlara isə ərə getməyi və evlənməyi deyil, ailə qurmağı arzu edirəm. O ki qaldı efirə... Soruşanların sualını burada cavablandırıram: Mən efirlə çoxdan vidalaşmışam. Efirlərimizi elə uzaqdan, ailəmlə birlikdə izləmək daha maraqlı olacaq”.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR