Rusiya yardım göndərir

15:26 3 Yanvar 2015
66 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası tərəfindən bu il yanvarın 8-də Ukraynanın cənub-şərqi sakinləri üçün daha bir humanitar karvanı göndəriləcək.

ANS PRESS-in "Qazeta.ru"ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərinə nəzarət Mərkəzi İdarəsinin rəhbəri Viktor Yasusenko bildirib.

O deyib ki, həmin gün 11-ci humanitar yardım karvanının göndərilməsi planlaşdırılıb.

Onun sözlərinə görə, bu dəfə ərzaq yardımı daha çox Donbas sakinlərinə çatdırılacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR