Beyin əməliyyatı zamanı həkimlərlə danışdı

Beyin əməliyyatı zamanı həkimlərlə danışdı
15:28 3 Yanvar 2015
291 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Pasiyent beyində xərçəng şişinin götürülməsi əməliyyatı zamanı həkimlərlə söhbət edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu qəribə hadisə Polşa xəstəxanalarının birində baş verib.

Belə ki, 19 yaşlı İqa Yasika həkimlərin manipulyasiyası başa çatmamış oyanıb. Qızın beyni açılmış vəziyyətdə olub. Həkimlərin sözlərinə görə, belə şəraitdə söhbət xəstənin həyatına təhlükə törətməyib.

İ.Yasika həkimlərlə sevimli pişiklərindən danışıb. Bu zaman o, heç nə görməyib və hiss etməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR